”Diriliş Ərtoğrul” serialı ilə milyonların sevgisini qazanan, ”Barbaros” serialı ilə ekranlara qayıdacağı bildirilən məşhur türk aktyor Engin Altan Düzyatan, ad günündə ona hədiyyə verəcək yaxınlarına maraqlı çağırış edib
Qaziler.az bildirir ki, Engin Altan Düzyatan yaxınlarınaad günü hədiyyəsi əvəzinə Türkiyə Xərçəng Dərnəyində bir yardım kampaniyası açaraq ora ianə toplamağa yardımçı olmalarını xahiş edib.
Məşhur aktyor: "Bu il doğum günüm üçün bir bağış kampaniyası açdım" - deyib.
"Mənə gələcək hədiyyələrin əvəzinə yaxınlarımın və əzizlərimin xərçəng müalicəsi alan və dəstəyə ehtiyacı olan xəstələrə yardım etmələrini istəyirəm. Kampaniya ad günüm olan 26 İyul tarixinə qədər açıq qalacaq. Hədiyyə verən hər kəsə, dəstəyinə görə təşəkkür edirəm" - deyə Engin Altan Düzyatan bildirib.