Səfir: ABŞ Avropada 1000 ədəd hərbi texnika yerləşdirəcək

Səfir: ABŞ Avropada 1000 ədəd hərbi texnika yerləşdirəcək backend

ABŞ 2015-ci ilin sonunadək Avropada bir neçə yüz ədəd zirehli hərbi texnika daxil olmaqla, min ədəddən çox texnika yerləşdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı səfiri Duqlas Lyut bildirib.

“Avadanlığa gəlincə briqadanın tərkibindəki avadanlıqların müəyyən hissəsi artıq mənzil başına çatdırılıb. Məqsəd ilin sonunadək hamısını yerləşdirməkdir. Söhbət bir neçə yüz ədəd zirehli və 3-4 dəfə çox təkərli hərbi maşınlardan gedir. Ümumilikdə müxtəlif tipli 1000-dən çox döyüş maşınlardır, onlardan bir neçə yüz ədədi zirehli döyüş maşınlarıdır. İlin sonunadək onların Avropada yerləşdirilməsi başa çatacaq”, deyə Lyut bildirib.
Diaspora