Kreml: “Ermənistandakı hadisələri diqqətlə izləyirik“

Kreml: “Ermənistandakı hadisələri diqqətlə izləyirik“ backend

Rusiya Ermənistandakı hadisələri diqqətlə izləyir. Ümid edirik ki, tez bir zamanda vəziyyət qanuna uyğun olaraq tənzimlənəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ermənistan bizin ən yaxın tərəfdaşımızdır. Bizi Ermənistanla, erməni xalqı ilə tarixi bağlar birləşdirir. Əlbəttə ki, biz orada baş verən hadisələri çox diqqətlə izləyirik. Ümid edirik ki, tez bir zamanda bu vəziyyət qanuna uyğun olaraq tənzimlənəcək və heç bir qanun pozuntusu olmayacaq", deyə Kremlin mətbuat katibi qeyd edib.
Diaspora