Ukraynada silahlı şəxs 20 nəfəri girov götürüb

Ukraynada silahlı şəxs 20 nəfəri girov götürüb backend

Ukraynada silahlı şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə Ukraynanın Lutsk şəhərində qeydə alınıb. Silahlı şəxsin nə tələb etdiyi hələlik məlum deyil.

Polisin məlumatına görə, şəhərin mərkəzi küçələri bağlanıb.