Türkiyə ordusunun iki əsgəri PKK terrorçuları ilə atışmada həlak olub.
Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda baş verib.Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, terrorçuların raketdən atdığı atəş nəticəsində yaralanan hərbçilər Emre Büyükyıldırım və Mustafa Ahmet Demir qaldırıldıqları xəstəxanada həkimlərin səyinə baxmayaraq həyata qaytarıla bilmədilər və şəhid oldular .
Məlumatda o da qeyd olunub ki, Şəhid Mustafa Əhməd Demir nişanlı imiş və Qurban bayramında toyu olacaqmış .