Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal Türkiyə parlamentinə müvəqqəti sədrlik edib.
QAZİLER.AZ saytı xəbər verir ki, Trend “TRT Haber” telekanalına istinadən xəbər verir ki, D.Baykal yeni hökumət yaradılanadək parlamentə sədrlik edəcək.
Xatırladaq ki, bu gün Türkiyə Böyük Millət Məclisində deputatların andiçmə mərasimi keçirilib.
Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu da iştirak edib.