Tək Qarabağı yox, Stalinin ermənilərə verdiyi torpaqları da azad etməliyik

Tək Qarabağı yox, Stalinin ermənilərə verdiyi torpaqları da azad etməliyik backend

Məşhur musiqi qrupu olan "Ayna”nın solisti, tanınmış türkiyəli müğənni Erhan Gülerüz sosial şəbəkədə Azərbaycana dəstək statusu paylaşıb.

Qazilər.az Sfera.az -a istinadla onun fikirlərini təqdim edir.

Millət olaraq dost və qardaş ölkə Azərbaycanın daim yanında olduğumuzu xatırlatmaq istədim...

Hər halda xəbəriniz var. Bu günlərdə Ermənistan ordusu Azərbaycan sərhəddini Azərbaycanın Tovuz rayonu istiqamətində pozmağa cəhd etdi. Azərbaycan ordusu general və polkovnik də olmaqla 12 şəhid verdi . Azərbaycan ordusu bu hücuma layiqli cavabı verdi.

Tovuz önəmli bölgədir, çünki, Türkiyə ilə Gürcüstanı birləşdirən tək quru yolu bu ərazidən keçir.

Bu bölgədən həm də Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətləri keçir. Yaxın zamanlarda inşaatı tamamlanmaq üzrə olan və TANAP layihəsinə bağlanmalı olan Cənubi Qafqaz təbii qaz xətti də bu ərazidən keçir. Məqsəd Türkiyə ilə Azərbaycanı iqtisadi olaraq bir-birindən ayırmaqdır.

Eynisini illər öncə Stalin etmişdi. Türkiyə ilə Naxçıvan arasındakı bölgəni işğal etmişdi. Bununla da Türkiyə ilə Azərbaycanın quru yolla birbaşa əlaqəsi kəsildi və Naxçıvan da izolyasiya vəziyyətinə düşdü.

Təkcə Qarabağın deyil, Türkiyə və Naxçıvan arasındakı bölgənin də güvənli hala salınması vacibdir.

Naxçıvan izolyasiya şəraitindən çıxmalı və Azərbaycanla böyük bir quru sərhəddi yaradılmalıdır. Belə olsa, bütün Türk dövlətləri və Orta Asiya quru yolla bir-birinə birləşmiş olacaq.

Bu günlər birlik olmaq zamanıdır.