Qazaxıstan Jambıl vilayətində Alma Ata-Astana magistralında sərnişin avtobusu aşıb. Bu barədə RİA Novosti xəbər verir.
İlkin məlumata görə, buz bağlamış yolda Şımkənd istiqamətində hərəkət edən avtobus aşıb. Nəticədə 10 nəfər hadisə yerində həlak olub. Digər sərnişinlərə vaxtında tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıblar.Hadisə ilə bağlı cinayət işi açılıb.