NATO rəsmisi: “Avropada nüvə silahı yerləşdirməyəcəyik”

NATO rəsmisi: “Avropada nüvə silahı yerləşdirməyəcəyik” backend

“ABŞ Avropada strateji nüvə silahı yerləşdirməyəcək”. APA-nın məlumatına görə, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Duqlas Lut bəyan edib.



“Biz nüvə silahını vaxtilə çıxardığımız yerə yenidən qaytarmayacağıq. Bu, yaxın və orta məsafəli raketlərin ləğvi haqqında müqavilənin əsas prinsiplərini pozur”, - deyə o qeyd edib.

D. Lut həmçinin əlavə edib ki, Moskvanın ritorikası müvafiq sənədin Rusiya tərəfindən pozulması haqqında düşünməyə əsas verir.
Diaspora