Bu ölkədə COVİD-19 yoxdur, ona qarşı peyvənd var - İDDİA

Bu ölkədə COVİD-19 yoxdur, ona qarşı peyvənd var - İDDİA backend

KXDR Araşdırma Şurası Şimali Koreya alimləri tərəfindən hazırlanmış koronavirus peyvəndi üzərində klinik sınaqlara başlayıb.

Qazilər.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Cənubi Koreyanın "Penhap” agentliyinə görə, araşdırmanın ilk mərhələsində peyvəndin təhlükəsizliyi təsdiqlənib, heyvan testləri infeksiyaya qarşı immunitet yaratmaq qabiliyyətini göstərib.

Şimali Koreyanın elmi nailiyyətləri portalında müntəzəm peyvənd tələb edən və əslində birdəfəlik istifadəsi tələb olunan rekombinant subunit peyvəndindən bəhs edildiyi qeyd olunur.

Bununla yanaşı, Pxenyan ölkədə koronavirus infeksiyası hallarının olmadığını iddia etməyə davam edir. Bu baxımdan insanlarda peyvənd sınaqlarına keçid problemli ola bilər.