O qərar qüvvəyə mindi: 6 ay daha tətbiq ediləcək

O qərar qüvvəyə mindi: 6 ay daha tətbiq ediləcək backend

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması haqqında qərarı qüvvəyə minib. APA-nın Avropa İttifaqının rəsmi jurnalına istinadən verdiyi xəbərə görə, qərar 31 yanvar 2016-cı il tarixinədək qüvvədə olacaq.

“Minsk razılaşmasının yerinə yetirilməsini qiymətləndirmək üçün qərar 6 ay müddətinə uzadılır. Qərar 31 yanvar 2016-cı il tarixinədək qüvvədə olacaq”, - deyə qərarda bildirilir.

Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduğu gündən qüvvəyə minir.

Qeyd edək ki, sanksiyaların müddətinin uzadılması qərarı bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqa keçirilən görüşündə qəbul olunub.
Diaspora