Rusiyada koronavirusun bitmə tarixi açıqlandı

Rusiyada koronavirusun bitmə tarixi açıqlandı backend

Rusiya Kimya Texnologiyaları Universitetinin alimləri koronavirus pandemiyasının son tarixini açıqlayıblar.

Qazilər.az xəbər verir ki, onların hesablamalarına görə, bu, iyulun sonunadək baş verəcək, “- Kommersant” qəzeti bildirib.

Mütəxəssislər, epidemiyanın sonuna qədər ölkədə 524 min insanın yoluxacağına dair riyazi bir model hazırlayıblar. Eyni zamanda, mütəxəssislər bölgələrdə məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar COVID-19-un yayılmasının yeni dalğalarını da istisna etmirlər.

Digər bir proqnoz Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Onların hesablamalarına görə, vəba yalnız avqustun sonunda bitəcəkdir.

Dialoq.info