Yunanlar da etiraza qalxdılar

Yunanlar da etiraza qalxdılar backend

Yunanıstanın paytaxtı Afinada beynəlxalq kreditorlarla müqavilə bağlanmasının tərəfdarı olanların kütləvi nümayişi keçirilir.

QAZİLER.AZ saytının Lent.az-a istinadən məlumatına görə, minlərlə nümayişçi Sintaqma meydanına Avropa Birliyinin bayraqları və “İstənilən anlaşma Avrozonadan çıxmaqdan yaxşıdır!” şüarı ilə çıxıb.

Mitinqçilər həmçinin, polisdən tələb edirlər ki, parlamentin ətrafını Avropa Birliyi ilə əlaqələri qırmaq tərəfdarı olan solçu hərəkatların fəallarından təmizləsin.

Bu ərəfədə 7 min insan ölkə paytaxtında aksiya keçirərək, kreditorların israrla Afinadan tələb elədiyi sərt iqtisadi siyasətə etiraz eləmişdilər.

Bazar ertəsi Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bəyan edib ki, Avropa Birliyinin institutları borclarla bağlı yunan hökumətindən təkliflər alıblar və onları öyrənirlər.
Diaspora