Türkiyənin qərbində - Çanaqqala bölgəsindı güclü meşə yanğını baş verib. Günorta saatlarından bölgənin Gelibolu yarımadasındakı meşəlik ərazidə başlayan yanğını söndürmək mümkün olmayıb. Bölgədə əsən güclü külək buna imkan vermir.
Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə 20 helikopter, 2 amfibiya-təyyarə, 400-dən artıq yanğınsöndürən cəlb olunub. Dənizdən gəmilərlə yanğının söndürülməsinə başlandığı üçün Dardanel boğazında hərəkət ikitərəfli dayandırılıb.Kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli bildirib ki, artıq 300 hektaradək meşə tamamən yanıb. Yanğın bölgəsində iki kənd yerləşir, alovun onlara yaxınlaşmamasına çalışılır. Eyni zamanda bölgədə tairix Çanaqqala döyüşündə həyatını itirənlərin şəhidliyi yerləşir, hazırda yanğından mühafizə birlikləri alovun müqəddəs məkana zərər verməməsinə çalışırlar.