Türkiyədə yeni tədris ilinin başlayacağı tarix məlum oldu

Türkiyədə yeni tədris ilinin başlayacağı tarix məlum oldu backend

Türkiyədə 2020/2021 tədris ilinin nə vaxt başlayacağı məlum olub.

Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirib ki, bu il tədris ili avqustun 31-dən başlayacaq.

Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumunun tövsiyələri nəzərə alınıb. Təhsil Nazirliyi Türkiyənin 81 vilayətinə bununla bağlı bildiriş göndərib. (oxu.az)