Fransanın Baş naziri istefa verdi

Fransanın Baş naziri istefa verdi backend

Fransanın Baş naziri Eduard Filippin rəhbərlik etdiyi hökumət istefa verib.

Qazilər.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti bildirib.

Qeyd olunur ki, E.Filipp səhər saatlarında istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.

Fransada yaxın zamanlarda yeni hökumətin formalaşdırılması gözlənilir. Yeni hökumət formalaşanadək hazırkı hökumət öz səlahiyyətlərini icra edəcək.