Səudiyyə Ərəbistanının Xarici İşlər üzrə Dövlət naziri Adel əl-Cübeyr Beynəlxalq birliyi İrana qarşı silah embarqosunun müddətini uzatmağa çağırıb.
Musavat.com xəbər verir ki, çağırışı nazir ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukla birlikdə ər-Riyadda keçirdiyi mətbuat konfransında səsləndirib:“İran bütün dünyada terrorçuları dəstəkləyən ölkədir. Embarqo götürüləcəyi təqdirdə İranın davranışları daha aqressiv xarakter alacaq. Biz Beynəlxalq birliyi Tehrana qarşı tətbiq olunmuş silah embarqosunun müddətini artırmağa çağırırıq”.
“Al Arabiya” telekanalının yaydığı məlumata görə, ABŞ nümayəndəsi Brayan Huk səudiyyəli naziri dəstəkləyib:
“Silah embarqosunu uzatmaq zəruridir. Onun dayandırılması şəraitində İran öz hərbi arsenalının modernləşdirilməsi ilə məşğul olacaq və regionda özünə loyal olan qruplaşmalara yardım edəcək”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının İranın xaricdən silah almasını qadağan edən 2231 saylı qətnaməsi 2015-ci ilin 20 iyulunda qəbul edilib.