Əfqanıstan parlamentinə hücum: 21 yaralı

Əfqanıstan parlamentinə hücum: 21 yaralı backend

Əfqanıstanın parlament binası önündə törədilən partlayış nəticəsində 5-i qadın, 3-ü uşaq olmaqla, ümumilikdə 21 mülki şəxs yaralanıb.


QAZİLER.AZ saytı məlumat verir ki, APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sediq Sediqi məlumatı təsdiqləyib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında “Taliban” silahlıları Əfqanıstan parlamentinin binası önündə bir neçə partlayış törətdikdən sonra binanı atəşə tutublar.
Diaspora