Türkmənistanda prezidentin 63 illiyini belə qeyd etməyə hazırlaşırlar... - MARAQLI

Türkmənistanda prezidentin 63 illiyini belə qeyd etməyə hazırlaşırlar... - MARAQLI backend

Moderator.az turkmen.news-ə istinadən xəbər verir ki, Türkmənistanda Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin bölmə və idarələrinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçib.

Bu, prezidentin iyunun 29-da qeyd olunacaq doğum günü və ölkədə ictimai asayişin təmin edilməsi ilə izah olunur. Əvvəlki illərdə belə bir gücləndirilmiş rejim müşahidə olunmayıb.

Hakimiyyətin qorxuları əsassız deyil. Yazın sonu yayın əvvəllərində Türkiyə, Şimali Kipr və ABŞ-da yaşayan həmvətənləri tərəfindən təşkil edilən piket və mitinqlər dalğasına görə belə addım atırlar. İstənilən an etiraz aksiyaları ölkə daxilində vətəndaşlar tərəfindən başlana bilər və buna görə də hakimiyyət başçının doğum günü ərəfəsində və doğum günündə vətəndaş itaətsizliyinin hər hansı bir təzahürünün qarşısını almağa hazırlaşır.

Gücləndirilmiş iş rejimi təkcə küçələrdə, yaşayış məntəqələrində və ictimai yerlərdə patrulların sayının artmasını deyil, həm də İnternet trafikinə, telefon danışıqlarını qulaq asmaq, agent şəbəkəsindən istifadə, vətəndaş fəallarının və təhlükəsizlik xidmətinin xarici mərkəzlərlə əlaqəsindən şübhəli bilinən “etibarsız” şəxslərin bütün hərəkətlərinin daimi monitorinqinin aparılmasını təmin edir.
Aşqabaddakı mənbələr əhali arasında prezidentdən narazılığın artdığını bildirir.

Xüsusi xidmət orqanları, xaricdəki türkmənlərin etirazları ilə əlaqədar ölkə daxilində məlumatların yayılmasını dayandırmağa çalışır, digərləri ilə birlikdə “Türkmənelekom”un kilidlərini aşaraq telefonlara VPN telefonlarını quraşdıran insanları cəzalandırır. Buna baxmayaraq, bu barədə məlumatlar artıq Türkmənistan əhalisinə çatıb. Buna görə, ölkədəki ictimai iğtişaşların qarşısını almaq üçün hakimiyyət paytaxtda və bölgələrdə gücləndirilmiş rejim tətbiq edib.

Əvvəllər nəşr dövriyyədə olan pul əskinasların üzərində “Haramdağ rədd ol” ( Berdımuxammedov özünə “Arkadağ” ləqəbi götürüb, ona görə də xalq onu arxa bilmədiyini, əksinə haram adam olduğunu nəzərdə tutur-tərcümə) sözlərinin yazıldığı , həmçinin Berdimuxamedovun şəklinin altında “Oğru" yazısı olan vərəqələrin yayıldığı barədə məlumat yaymışdı. Turkmen.news mənbələri iyunun 24-də bankomatlar qarşısında səhər növbəsində dayanan sakinlər arasında gənclərin təşviq edildiyini bildirib.
Gənclər deyirlər ki, "hökumət insanları qullara çevirib", "ağızlarını bağlayıb, əgər əleyhinə bir söz söyləsən həbsxanaya salır".

Digər mənbələrə görə, bəzi bölgələrdə artıq silahlanıb Berdımuhammedovun diktaturasına qarşı cəsarətlə etiraz etməyə çağırışlar səslənir.