Liviyadan sərt mesaj: Ruslardan təmizləyəcəyik...

Liviyadan sərt mesaj: Ruslardan təmizləyəcəyik... backend

Sirt Liviyanın ən təhlükəli bölgəsinə çevrilib.

Axar.az xəbər verir ki, bunu Liviya hökumət qüvvələrinin sözçüsü Məhəmməd Kununu deyib.

O bildirib ki, Sirt şəhəri artıq paytaxt Tripolidən və Tərhunədən qovulan həm rus muzdlularının, həm də cinayətkar qruplaşmaların mərkəzi sayılır:

“Sirt və Əl-Cufranın rus muzdlularından təmizlənməsi vacib məsələdir. Ya sülh, ya da müharibə yolu ilə bu şəhərləri azad etməkdə qərarlıyıq”.