Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, imtahana girəcək diyarbakırlı gənclə mahnı oxuyub
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan imtahan öncəsi tələbələr ilə video-konfrans keçirib.Fərqli illərin tələbələri ilə danışan Ərdoğan tələbələrin imtahanla bağlı suallarını cavablandırıb.
Sualların ardınca Diyarbakırdan olan bir tələbə ilə söhbət etdikdən sonra Ərdoğan tələbədən saz çalmağı istəyib.
Sonra sazını əlinə alan gənc "Fincanın ətrafı yaşıl" mahnısını səsləndirib. Ərdoğan, xalq mahnısı oxunan zaman tələbəni müşayiət edib: