Hindistanda ildırım 100-dən çox insanı vurub öldürdü

Hindistanda ildırım 100-dən çox insanı vurub öldürdü backend

Hindistanın şərqində və şimalında ildırım çaxması nəticəsində 107 nəfər ölüb.

Qazilər.az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti bildirib.

Məlumata əsasən, hadisə nəticəsində Bihar ştatında 83 sakin, şimal Uttar Pradeş ştatında isə 24 nəfər ölüb.

Həmin vaxtda həlak olanların əksəriyyəti tarlada işləyirmiş. Təcili xidmətlərin artan təhlükə səviyyəsini elan etdiyi xəbərdarlıqlara baxmayaraq insanlar evlərində oturmayıblar.