Daşnaklar hər zaman terrorçu olub - Keşişyan

Daşnaklar hər zaman terrorçu olub - Keşişyan backend

Zülm və terrorizmin ideoloji müxaliflərə qarşı mübarizə vasitəsi olaraq seçilməsi qınağa layiq bir hərəkətdir.

Axar.az xəbər verir ki, bu sözləri erməni mətbuatına danışan Tehrandakı “Araz” həftəlik nəşrinin erməni redaktoru Movses Keşişyan Daşnaktsütyunun İran hücrəsinin üzvü Vahik Keşişyanın son zamanlar tanınmış erməni mənşəli iranlı iş adamını başını kəsməklə hədələdiyi videonu şərh edərkən deyib.

Redaktorun fikrincə, demokratik bir mühitdə terrorizm xalqın kollektiv gücünə və iradəsinə inamsızlıq, o cümlədən, xalqın mənafeyinə olan etinasızlıqdan başqa bir şey deyil.

“Daşnaktsütyun terrorizmi öz rəqiblərini zərərsizlədirmək üçün 1940-cı illərdə Yunanıstanda, 1950-ci illərdə Livanda, 1980-ci illərdə İranda, 1990-cı illərdə isə Ermənistan Respublikasında bir vasitə kimi istifadə edib”, – deyə o bildirib.

Keşişyanın sözlərinə görə, Daşnaksütyun rəhbərliyi hələ də partiya üzvünün sözlərinə münasibət bildirməyib. Bununla onlar bu səpkidə olan çıxışa susaraq dəstək verdiklərini nümayiş etdirib.