Keçmiş SSRİ liderinin oğlunun ölüm səbəbi açıqlanıb

Keçmiş SSRİ liderinin oğlunun ölüm səbəbi açıqlanıb backend

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş baş katibi Nikita Xruşşovun oğlu Sergey Xruşşovun ölüm səbəbi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, o, başından açılan atəşdən ölüb. Onun ölüm səbəbi patoloji anatomiya ekspertizası nəticəsində məlum olub.

Qeyd edək ki, S.Xruşşovun ölüm xəbəri iyunun 19-da yayılıb. O, 1935-ci il iyulun 2-də Moskvada anadan olub. Texnika elmləri doktoru, professor olub. Kosmik sahədə konstruktor işləyib. 1990-cı ildə ABŞ-a mühacirət edib. 1999-cu ildə ABŞ vətəndaşlığı alıb.