Türkiyənin ardınca İran da PKK-ya qarşı hərəkətə keçdi

Türkiyənin ardınca İran da PKK-ya qarşı hərəkətə keçdi backend

İran ordusu İraq sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Quru Qoşunları komandanı Məhəmməd Pakpur deyib.

Pakpur bildirib ki, ərazidə terrorçuların istənilən həmləsinə qarşı kəskin cavab veriləcək.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı genişmiqyaslı əməliyyatlar aparır.