Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko müxalifət nümayəndələrinə hazırkı dövlət başçısını təhqir etməməyi və qarşıdakı seçkilər fonunda reytinqini qəsdən düşürməməyi xahiş edib.
Qazilər.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda Lukaşenko Brestə səfəri zamanı müxalifətlə görüşündə deyib."Sizi hansısa problemlər narahat edirsə, onları deyin. Eşidin: o problemləri məndən və indiki hökumətdən başqa heç kim həll edə bilməz. Siz artıq köynəklərinizdə "Saşa 3%" yazmısınız. Doğurdanmı indiki prezidentin cəmi üç faiz reytinqi olduğuna inanırsınız? Buna görə də bizə toxunmayın. Heç vaxt təhqir də etməyin", - prezident deyib.
"Bığlı tarakan, nə bilim nə... Mən hələ ki bu respublikaya rəhbərlik edirəm, heç bir ölkədə insanları təhqir etməyə icazə verilmir. Axı mən şəxsən heç birinizi təhqir etməmişəm", - Lukaşenko əlavə edib.