Türkiyə xüsusi təyinatlıları PKK terrorçularına qarşı keçirilən “Pəncə Qaplan” əməliyyatına dəstək vermək üçün İraqın şimalına göndərilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi Tvitter hesabında məlumat yayıb.“Komandos olmaq çətindir. Könlündə vətən və millət eşqi, çiynində 40 kq-lıq yük. Qəhrəman komandoslarımız dünən axşam 40 kq-lıq çantalarının hazırlıqlarını görərək “Pəncə Qaplan” əməliyyatına qatılmaq üçün sərhədi keçdi”, - məlumatda qeyd olunub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, terrorizmlə mübarizə çərçivəsində ölkənin daxilində və xaricində mübarizə aparan türk komandosları düşməni “axtar-tap-məhv et“ parolu ilə vurur.
Milli Müdafiə Nazirliyi sərhədi keçən, “Pəncə Qaplan” əməliyyatına qatılan qəhrəman komandoların hazırlıq videosunu paylaşdı.

“Ürəkdə vətən və millət sevgisi, kürəyində 40 kq yük” qeydləri ilə paylaşılan videoda, türk hərbçilərin “Komandoların marşı“ oxuduğu görülür.