Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəliblər. QAZİLER.AZ saytı məlumat verir ki, Trend bu barədə “Posta” qəzetinə istinadən xəbər verir.
MHP bir neçə şərt müqabilində AKP-nin kürd probleminin demokratik həlli ilə bağlı planını qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunun ölkənin xarici işlər naziri vəzifəsinə keçməsi şərtlərdən biri olub.
Məlumatda deyilir ki, razılığa əsasən, parlament spikeri də MHP-li millət vəkili olacaq. Bundan başqa, Türkiyənin sabiq Daxili İşlər naziri Murat Başeşqioğlu daxili işlər naziri, Türkiyə Mərkəzi Bankının sabiq rəhbəri Durmuş Yılmaz isə Türkiyə Maliyyə naziri postunu tutacaq.
Xatırladaq ki, adıçəkilən hər iki şəxs hazırda MHP deputatıdır.