Korrupsiyada şübhəli bilinən Rumıniyanın baş naziri Viktor Ponta dizində keçirilən əməliyyatdan sonra reabilitasiya kursu keçməyin lazım olduğunu əsas gətirərək ölkə prezidenti Klaus Yohannisə səlahiyyətlərinin müvəqqəti dayandırılması xahişi ilə ərizə təqdim etmək niyyətində olduğunu bildirib. QAZİLER.AZ saytı məlumat verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniyanın “Mediafax” agentliyi məlumat yayıb.
Məlumata görə, Ponta İstanbuldakı xəstəxanaların birində əməliyyat olunub. Onun bu gün xəstəxanadan buraxıldığı bildirilsə də baş nazir reabilitasiya kursu keçmək məqsədi ilə hələ müəyyən müddət Türkiyədə qalmaq niyyətindədir. “Mediafax” baş nazirin adi iş rejiminə 28 gündən sonra qayıda biləcəyini qeyd edir. Bu müddət ərzində Rumıniyada baş nazir vəzifəsini müvəqqəti milli təhlükəsizlik üzrə baş nazirin müavini, daxili işlər naziri Qabriel Oprya icra edəcək.
Qeyd edək ki, Rumıniyanın baş naziri “çirkli pulların yuyulması”nda, sənədlərin saxtalaşdırılmasında və vergidən yayınmaqda şübhəli bilinir.
Ölkə prezidenti Klaus Yohannis bundan əvvəl Viktor Pontanı istefa verməyə çağırıb, lakin Ponta cavabında bəyan edib ki, onu vəzifəsindən yalnız parlament kənarlaşdıra bilər. O həmçinin günahsız olduğunu təsdiqləyən lazımi sənədləri təqdim edəcəyini vəd edib.
Qeyd edək ki, cümə günü parlament Viktor Pontanın rəhbəri olduğu h