Xeyli müddətdir ki, koronavirusla mübarizədə çarəsizliyini etiraf edən və dünya dövlətlərindən kömk istəyən Ermənistanın göz yaşları Litvanı hərəkətə gətirib.
Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, Litva Ermənistanın kömək çağırışına cavab olaraq işğalçı ölkəyə 8 tibb işçisi və 3 mütəxəssis, COVID-19 üçün 30.000 test, 60.000 nüsxə nümunə qablar və Litva istehsalı olan kondisionerlər üçün 20.000 filtr göndərib.Xatırladaq ki, Ermənistanın yardımla bağlı yalvarışında vurğulanır ki, ölkə sadəcə tibbi ləvazimatlardan deyil, həm də həkim qıtlığından əziyyət çəkir. Bu səbəblə də rəsmi İrəvan dünya dövlətlərindən həm də həkim-mütəxəssislər göndərməyi xahiş edib. Litvanın da məhz bu yalvarışı nəzərə alaraq Ermənistana həkim heyəti göndərdiyi vurğulanır.
Yardımla bağlı Litvaya təşəkkür edən Ermənistanın bu ölkədəki səfiri qeyd edib ki, “Litva təkcə böyük dəyəri olan tibbi ləvazimatlar deyil, həm də ən bahalı kapital - insan resursları göndərib”.
Qeyd edək ki, bu günə qədər Ermənistana pandemiyaya qarşı mübarizədə bir sıra ölkələr yardım göndərsə də, səhiyyə infrastrukturunun tamamilə iflic vəziyyətdə olduğu işğalçı ölkədə koronavirusla mübarizədə hər hansı irəliləyişə nail olunmayıb. Mütəxəssislər hesab edir ki, Ermənistanın səhiyyə sistemi müasir tələblərə cavab vermədiyi üçün hər hansı kənar yardımla onu xilas etmək mümkün olmayacaq.