Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ildə prezident seçkilərində namizədliyini irəli sürmək üçün konstitusiya hüququ var.QAZİLER.AZ saytı xəbər verir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov deyib.
O bildirib: "Xatırlatmaq istərdim ki, Vladimir Putinin 2018-ci ildə prezident seçkilərində namizədliyini irəli sürmək üçün konstitusiya hüququ var. Niyə də olmasın?"