Hindistan Silahlı Qüvvələrinin Çinlə Ladax sərhəd məntəqəsində silahlı toqquşma nəticəsində biri zabit olmaqla 20 hərbçisi ölüb.
Qazilər.az APA-ya isitinadla xəbər verir ki, bu barədə “The Hindustan Times” nəşrində məlumat dərc edilib.Çin tərəfdən də itkilərin olduğu bildirilsə də, onların sayı müəyyən edilməyib.
“Sputnik”in məlumatına görə, 130-dan çox hind əsgəri yaralanıb, itkinlərin sayının daha da artacağı bildirilir.
Qeyd edək ki, Qalvan Vadisi adlanan bölgə Hindistanla Çin arasında 1962-ci ildən bəri mübahisəli ərazi olaraq qalmaqdadır.