Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI backend

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 132 mindən çox artıb.

Qazilər.az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 132 581 nəfər yeni koronavirusa yoluxub, 3 911 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 823 289, ölənlərin isə 431 541 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 781 538 yoluxma və 201 848 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 416 920, ölənlərin sayı isə 188 350 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 778 200 yoluxma və 17 077 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.