Dünyada koronavirusa yoluxan və ölənlərin sutkalıq STATİSTİKASI

Dünyada koronavirusa yoluxan və ölənlərin sutkalıq STATİSTİKASI backend

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 136 mindən çox artıb.

Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 12-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 136 572 nəfər yeni koronavirusa yoluxub, 4 925 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 410 510, ölənlərin isə 418 294 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 560 591 yoluxma və 192 944 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 358 953, ölənlərin sayı isə 186 889 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 716 151 yoluxma və 15 947 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.