Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.Bildirilib ki, Ukraynanın birinci xanımı hazırda ambulator müalicədədir.
Məlumata görə, V.Zelenski və uşaqlarında isə koronavirus testi neqativ çıxıb.