Bu gün Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəllə vida mərasimi keçirilir. QAZİLER.AZ saytı xəbır verir ki, bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.
Məlumatda bildirilir ki, S.Dəmirəllə vida mərasimi Türkiyə Böyük Millət Məclisində keçirilib. Mərasimdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu iştirak edib.
S.Dəmirəlin nəşi bu gün doğulduğu İsparta vilayətinə göndəriləcək və sabah dəfn olunacaq.