Ukrayna de-fakto MDB-nin üzvü deyil. Ancaq əvvəllər Ukrayna prezidentləri Moskva şənliklərində iştirak etməyə dəvət olunurdu.
Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvanın 24 İyun Qələbə Günü paradında iştirak etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə dəvət göndərilmədiyindən danışarkən deyib və faktı təsdiqləyib."Kiyev Qələbə Gününün sevincini bizimlə bölüşmək istəyinə dair bir dəfə də işarə etməyib".
Peskov Moskvanın sevincinə şərik olmaq üçün arzularını ifadə edən bir sıra tərəfdaşların olduğunu da vurğulayaraq, Serbiya və Xorvatiya liderlərinin adını çəkib.
Belarus Prezidenti Aleksandr Lukaşenkoya gəlincə isə o, hələ ki, Rusiyaya gələcəyini təsdiqləməyib.
"Ancaq bunlar texniki prosedurlardır", - deyə Prezident sözçüsü əlavə edib.