Ərdoğanla Putin telefonda nəyi müzakirə etdi?

Ərdoğanla Putin telefonda nəyi müzakirə etdi? backend

Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.

“Report” AA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı Liviyada və Suriyanın İdlib bölgəsindəki vəziyyət, habelə digər regional məsələlərlə yanaşı, COVID-19 virusu ilə mübarizə və pandemiyadan sonrakı dövrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.