"Deep knowledge group”un (Dərin biliklər qrupu) reytinq siyahısına görə, koronavirus pandemiyası fonunda əlverişli epidemioloji vəziyyəti olan ən təhlükəsiz ölkələr İsveçrə, Almaniya, İsrail, Sinqapur və Yaponiyadır.
Qaynarinfo xəbər verir ki, Orta Asiya ölkələrindən Qazaxıstan 71-ci, Qırğızıstan - 108-ci, Özbəkistan - 121-ci, Tacikistan - 124-cü, ən aşağısı isə 131-ci yeri tutan Türkmənistandır.ÜST başçısı Tedros Adan Gebreyesus bu ərəfədə bölgədə yoluxanların sayında artım olduğunu qeyd edib.
Reytinqdə 200 ölkə arasında son yerləri Liberiya, Əfqanıstan, Çad, Mali, Ruanda və Cənubi Sudan tutub.
Reytinq karantin tədbirlərinin effektivliyi, monitorinq, diaqnostika və səhiyyə sisteminin hazırlığı kimi amillər nəzərə alınmaqla 130 parametr əsasında tərtib edilib.
Qeyd edək ki, rəsmi Türkmənistan ölkədə Covid-19-un mövcud olmadığını iddia edir.