S-400 zenit raket kompleks sistemlərinin aktivləşdirilməsi ilə bağlı hazırlıqlar davam etdirilir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.“Həmişə deyildiyi kimi, bir sistem alınırsa, istifadə etmək üçündür. Dövlət rəsmiləri də bunu dəfələrlə deyib. Yeni tip koronavirusla bağlı məhdudiyyətlər sistemin aktivləşməsinə mənfi təsir göstərdi. İndi isə sistemin aktivləşməsi ilə bağlı hazırlıqlara başlanılıb. İkinci sistemin təchizatı ilə bağlı Rusiya ilə prinsipial bir razılığımız mövcuddur. Birgə istehsal detalları və yol xəritəsi üçün texniki işlər tələb olunur. İkinci sistemin verilib-verilməməsindən çox, nə qazanacağımız vacibdir”, - İ.Dəmir bildirib.