Cənubi Kiprin Larnaka şəhərindəki Tuzla məscidinin divarından Bizans bayrağının asılmasını şiddətlə qınayırıq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib."Kipr rəhbərliyini günahkarları dərhal tapmağa çağırırıq. İslamafobiyaya göz yummaq olmaz", - Qalın bildirib.
***
Larnakadakı Tuzla məscidinə Bizans bayrağının asılması yeni təhrik və təxribatdır.
Bu sözləri Türkiyə Prezidentinin müşaviri Fuad Oqtay deyib.
“Kipr rəsmiləri türk və islam düşmənliyini canlandırmağa çalışanların qarşısını almalıdır. Bu xəstə zehniyyətin qarşısını almaq lazımdır”, - F.Oqtay qeyd edib.