Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli vilayətinin Ovacık bölgəsində mayın 31-dən davam etdirdiyi antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 6-ya çatıb.
Bu məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyatda məhv edilən terrorçular silahlı olublar.Milli Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, İraqın şimalındakı Avaşin bölgəsində 4 PKK terrorçusu məhv edilib.
Suriyanın Tel Abyad bölgəsində isə bomba yüklü motosikletlə mülki insanları hədəfə almağı planlaşdıran PKK/YPG terror təşkilatının üzvü yaralı olaraq Türkiyə hərbçiləri tərəfindən yaxalanıb. (xəzərxəbər.az)