İndoneziyada “Mİ-17” hərbi helikopteri qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mərkəzi Yava əyalətində baş verib.Təlim uçuşlarını yerinə yetirən helikopterin qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub, 5 hərbçi ağır yaralanıb.
Qəzanın səbəbləri məlum deyil. "Mİ-17" helikopterinin yerə çırpıldıqdan sonra yandığı bildirilib.