33 şəhidin verildiyi hücumda yaralandı, yenidən xidmətinə qayıdıb şəhid oldu.
Türkiyədə əsgər dostları şəhidin son görüntüsünü paylaşıb.Qazilər.az xəbər verir ki, zirehli təcili yardım maşınına edilən xain hücum zamanı şəhid olan piyada əsgər Ercan Zenginin cənazəsi bu gün doğulduğu Samsunda torpağa tapşırılıb.
İdlibdə xidmət edəb əsgər bu ilin fevralın 29-da 33 şəhidin verildiyi hücumda yüngülcə yaralanmışdı. Lakin Ercan sağaldıqdan sonra xidməti vəzifəsinə geri qayıdıb.
25 yaşlı əsgər iyunun 5-də İdlibdə xain hücum zamanı şəhid olub.
Şəhidin əsgər yoldaşları isə onu cümə günü oxuduğu şeiri sosial mediada paylaşıb.