Türkiyədə ilk erməni muzeyi açılıb.
“Musadağ” adlı muzey Hatay vilayətinin Samandağ rayonuna bağlı Vakıflı kəndində yaradılıb.Muzeydə təkcə erməni mədəniyyətindən deyil, eyni zamanda Anadoluda yaşayan bütün xalqların mədəniyyətinləri tanıdılır. Yerli geyimlər, tarixi və zinət əşyaları sərgilənir, həmçinin, adət-ənənələrlə bağlı videogörüntülər yayımlanır.
Qeyd edək ki, Vakıflı erməni kəndidir.
Kulis.az