Kubada “Wi-Fi” yayılmağa başlayıb

Kubada “Wi-Fi” yayılmağa başlayıb backend

Kuba hakimiyyəti ölkədə internetdən “Wi-Fi” şəbəkəsi vasitəsilə istifadənin yayılması üzərində işə başlayıb.


Belə ki, “Wi-Fi” siqnallarının yayılması indi Kubanın müxtəlif nöqtələrində yerləşən 35 dövlət internet mərkəzi ilə həyata keçiriləcək.

Bunun sayəsində internetdən bir saatlıq istifadə üçün tarif iki dəfədən çox azalaraq 2 dollar təşkil edəcək. Yeni “Wi-Fi” çıxış nöqtələrinin bir aydan sonra fəaliyyət göstərməyə başlayacağı gözlənilir.

Bu, Kubada internetin yayılmasında atılan ilk böyük addımdır, - “Delo” yazır.
Diaspora