Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər səhhətində yaranan probləmlər səbəbindən xəstəxanaya aparılıb.
QAZİLER.AZ saytı xəbər verir ki, Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, 10-cu prezident Memorial Ankara Xəstəxanasına gətirilib. Sezərin gecəni xəstəxanada keçirəcəyi, ediləcək müayinələrin ardından müalicənin aparılacağı bildirilib.
Xəstəxanadan verilən məlumata görə, keçmiş prezidentin sağlamlığı ilə bağlı elə də ciddi narahatlıq yoxdur.