Liviya ordusu Tripolini tam nəzarətə götürdü

Liviya ordusu Tripolini tam nəzarətə götürdü backend

Liviya Milli Razılıq Hökuməti ordunun paytaxt Tripolini tam nəzarətə götürdüyünü bəyan edib.

Qazilər.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) qüvvələri geri çəkilir.

"Daily Sabah"ın məlumatına görə isə Liviyanın Baş Naziri Faiz Sərrac Tripolidən savayı, daha iki şəhərin Haftar qüvvələrindən azad olunduğunu açıqlayıb.

O, Haftar qüvvələrinin gənc üzvlərini silahlarını təhvil verməyə çağırıb.