Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var

Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var backend

Çinin cənubunda yerləşən Uçjou şəhərində adı açıqlanmayan kişinin bıçaqla məktəblilərə hücumu nəticəsində 40 nəfər yaralanıb.

Qazilər.az TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında təhsil müəssisəsinin yaxınlığında baş verib.

Xəsarət alanlar şagirdlər və məktəb direktorunun müavinidr.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, hücumu məktəbin 50 yaşlı gözətçisi törədib. Polis əməkdaşları onu hadisə yerində tutub.

Faktla bağlı araşdırma aparılır.

Report.az