Rusiya S-400 zenit raket kompleks sistemlərinin ikinci partiyasının tədarükü üçün Türkiyənin son qərarını gözləyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.“COVİD-19-la bağlı məhdudiyyətləri nəzərə alsaq, ikinci partiyanın tədarükü ilə bağlı razılaşmanın nə vaxt imzalanacağını təxmin etmək düzgün olmaz. Yenə də məsələ ilə bağlı tərəflər arasındakı dialoqda xeyli irəliləyişlər var”, - D.Şuqayev bildirib.